"Qarabağ"ın gördüyü işlərə və uğurlarına baxmalıyıq" - "Dandolk" rəsmisi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dandolk” klubunun sədri Mayk Treysi independent.ie saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi Ağdam təmsilçisi barədə xoş sözlər səsləndirib və matçda favorit olmaycaqlarını deyib:

"Qarabağ"ın gördüyü işlərə və uğurlarına baxmalıyıq. 2012-ci ildə hansı səviyyədə idilər və bu gün görün, hara qədər gəliblər. Onların bu yerə çatmaq üçün nə etdiklərinə baxmaq istəyirik. Oyunu səbirsizliklə gözləyirik. Böyük ehtimalla, favorit olmayacağıq. Ancaq futbolçularımız çox qorxusuzdur və nə vaxt meydana çıxsalar, qalib gələcəklərini düşünürlər". 

"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right