BATE "Payst" səddini çətinliklə keçdi

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, BATE klubu ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi Polşa "Pyast"ının qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Qələbə sayəsində Belarus təmsilçisi II təsnifat mərhələsinə yüksəlib.

BATE II raundda Norveçin "Rusenborq" klubu ilə qarşılaşacaq.

"Pyast" isə Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni davam etdirəcək.

"Pyast" - BATE - 1:2

Qollar:Yakub Çervinski, 21 - Erven Mukam, 82, Zaxar Volkov, 87

İlk oyun: 1:1

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah