ÇFR "Astana"nı Çempionlar Liqasından uzaqlaşdırdı

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Qazaxıstanın "Astana" klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi ÇFR-in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb. Qələbə sayəsində Rumıniya təmsilçisi II təsnifat mərhələsinə yüksəlib.

ÇFR II raundda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

"Astana" isə Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni davam etdirəcək.

ÇFR (Kluj) - "Astana" - 3:1

Qollar: Billel Omrani, 11, 74, Yevgeni Postnikov, 26 (avtoqol) - Roman Murtazayev, 5

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right