Çempionlar Liqası: "Astana" mübarizəni dayandırdı, BATE mərhələ adladı

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 10 qarşılaşma keçirilib. Qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" "Dalğa Arena"da "Partizani"ni qonaq edib. Ağdam təmsilçisi 2:0 qalib gələrək 2-ci mərhələdə İrlandiyanın "Dundalk" klubuna rəqib olub.

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" isə Rumıniyada Kluj ÇFR-inin qonağı olub. İlk görüşdə 1:0 qalib gələn Qazaxıstan təmsilçisi bu dəfə 1:3 uduzaraq ÇL-də mübarizəni dayandırıb.


Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunları

17 iyul

20:30. “Riqa” (Latviya) - “Dundalk” (İrlandiya) - 0:0 (penaltilər - 4:5)
İlk oyun - 0:0

21:00. “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) - 2:0
İlk oyun - 0:0

21:00. AİK (İsveç) - “Ararat” (Ermənistan) - 3:1
İlk oyun - 2:1

21:00. “Rusenborq” (Norveç) - “Linfild” (Şimali İrlandiya) - 4:0
İlk oyun - 0:2

21:30. “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) - 2:3
İlk oyun - 2:1

22:00. ÇFR (Kluj, Rumıniya) - “Astana” (Qazaxıstan) - 3:1
İlk oyun - 0:1

22:00. "Pyast" (Polşa) - BATE (Belarus) - 1:2
İlk oyun - 1:1

 

22:15. “Maribor” (Sloveniya) -  “Valyur” (İslandiya) - 2:0
İlk oyun - 3:0

22:15. “Sutyeska” (Monteneqro) -Slovan” (Slovakiya) - 2:1
İlk oyun - 1:1

22:45. “Seltik” (Şotlandiya) - “Sarayevo” (Bosniya və Herseqovina) - 2:1
İlk oyun - 1:3



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right