"Qarabağ"ın rəqibi müəyyənləşdi

Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın rəqibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu II raundda "Dandolk" klubu ilə qarşılaşacaq.

İrlandiya klubu I mərhələdə səfərdə Latviyanın "Riqa" klubu ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtında hesab açılmayıb. İlk oyunda da qolsuz heç-heçə qeydə alındığı üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan britaniyalılar 5:4 hesablı qələbə qazanıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right