"Qarabağ" - "Partizani": neçə bilet satılıb?

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna qarşı cavab matçında böyük azarkeş dəstəyinə malik olacaq.

Newsport.az-ın məlumatına görə, matç üçün satışa çıxarılan 5000 biletdən 4200-ü sahibini tapıb. Oyunun başlayacağı vaxta kimi bütün biletlərin satılacağı gözlənilir.

Bu gün saat 18:00-dan etibarən "Dalğa Arena"da oyunun bilet satışı başlayacaq.

Digər satış məntəqələrində (Respublika stadionunun kassaları, ASAN 2,3, Gənclik Mall, 28 Mall, Park Bulvar AVM, iticket.az (onlayn)) bilet satışı davam edir.

18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar azarkeşləri daşıyacaq. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır.

Bu gün keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right