"Bura turist kimi gəlməmişik" - "Partizani"nin baş məşqçis

"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Bakıda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?

- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz başa çatsa, penaltilər seriyasına ehtiyac olacaq. Biz də buna da hazırlaşmışıq.
 
- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?

- Bura turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
 
- Futbolçularınız iddialı açıqlamalar verib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?

- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur. Amma futbolda hər şey ola bilər.
 
- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?

- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right