Növbəti dəfə Bakıya gəlir - "Qarabağ"ın oyununu idarə edəcək hakim

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Partizani" (Albaniya" cavab görüşünü Dumitru Muntyanunun başçılıq etdiyi Moldovadan olan hakimlər briqadası idarə edəcək.


Newsport.az-ın məlumatına görə, ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.

 

34 yaşlı referi 2013-cü ildən FIFA referisidir. 

 

Muntyanu 2016-cı ildə "Dalğa Arena"da Azərbaycanın U-21 millisinin Farer adalarıyla qarşılaşmasını (1:1) idarə edib. Yığmanın yeganə qoluna Mahir Emreli imza atmışdı.

 

Moldovalı hakim UEFA Gənclər Liqasında "Qəbələ"nin Rusiyada "Dinamo"ya (Moskva) 0:5 hesabıyla uduzduğu görüşdə də ədalət təmsilçisi olub.

 

Muntyanu 37 beynəlxalq oyun idarə edib. O bu görüşlərdə 6 penalti təyin edib, 148 sarı, 8 qırmızı vərəqə göstərib.

 

17 iyul 
Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunu

 

20:00 “Qarabağ” – “Partizani”
Baş hakim
: Dumitru Muntyanu
Yan xətt hakimləri: Vladislav Lifçiu, Andrey Bodean
Dördüncü hakim: Aleksandru Tean
Hakim-inspektor: Uilliam Yanq
UEFA nümayəndəsi: Maykl Foster
Təlim nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Bakı. "Dalğa Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right