"Partizani" ilə oyunda "Qarabağ" üçün dolu tribunalar

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna qarşı cavab matçında böyük azarkeş dəstəyinə malik olacaq. Görüşün uzaq "Dalğa Arena"da keçirilməsi də buna mane olmayıb.

Newsport.az-ın məlumatına görə, matç üçün satışa çıxarılan 5000 biletin 2000-i artıq sahibini tapıb. Oyuna qədər hələ 2 gündən artıq vaxtın qaldığını nəzərə aldıqda, bütün biletlərin satılacağı gözlənilir.

İyulun 17-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right