"Qarabağ" - "Partizani": hakimlər açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə (Albaniya) qarşı cavab matçının hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı moldovalı FIFA referisi Dumitru Muntean idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.

"Qarabağ" - "Partizani" oyunu iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Komandalar arasında Albaniyada oynanılan görüşdə qol vurulmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right