"Onlar özləri də "Qarabağ"ın gücünə bələddirlər" - Aqolli

"İlk oyun olduğunu nəzərə alsaq, deyə bilərəm ki, hər iki komanda ehtiyatlı davranacaq. Düşünürəm ki, maraqlı görüş olacaq. Çünki iki ölkənin çempionları qarşılaşacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq müdafiəçisi Ansi Aqolli Albaniyanın "TV Klan" telekanalına açıqlamasında deyib. Hazırda ABŞ-ın "Kosmos" klubunda çıxış edən 36 yaşlı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah keçiriləcək "Partizani" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qarabağ"ın avrokubok təcrübəsi və böyük uğurları var. Fikrimcə, "Partizani"nin mənim məsləhətimə ehtiyacı yoxdur. Onlar özləri də bu komandanın gücünə bələddirlər. Bu, hər hansı səhvin baha başa gələ biləcəyi ideal oyun olacaq".


Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right