Çempionlar Liqası: Mövsümün komandası açıqlandı

UEFA Çempionlar Liqasının 2018/2019 mövsümünün komandasını açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, komandanın tərkibinə 20 futbolçu daxil edilib. Öz mövqelərində ən yaxşı oyuçular bunlar olub:

Qapıçılar: Alison Beker ("Liverpul", İngiltərə), Mark-Andre ter Ştegen ("Barselona", İspaniya)

Müdafiəçilər: Vircil van Deyk ("Liverpul"), Mateys de Liqt ("Ayaks", Hollandiya), Yan Vertongen ("Tottenhem", İngiltərə), Trent Aleksander-Arnold ("Liverpul"), Endrü Robertson ("Liverpul")

Yarımmüdafiəçilər: Mussa Sissoko ("Tottenhem"), Hakim Ziyeş ("Ayaks"), Kevin de Breyne ("Mançester Siti", İngiltərə), Frenki de Yonq ("Ayaks"), Tangi Ndombele ("Lion", Fransa), Jorjinyo Veynaldum ("Liverpul"), Duşan Tadiç ("Ayaks"), Rəhim Sterlinq ("Mançester Siti")

Hücumçular: David Neres ("Ayaks"), Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul"), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Lukas Moura ("Tottenhem").

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah