Avropanın ən güclüsü: "Liverpul"! Yenilənir

Bu gün Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həlledici matçda İngiltərənin "Tottenhem" və "Liverpul" klubları üz-üzə gəliblər.  İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən görüşdə Yurgen  Kloppun komandası 2:0 hesabı ilə qalib gəlib.

Bununla da, "Liverpul" tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub. Komanda sonuncu dəfə 2004/05 mövsümündə ÇL-in kubokunu qazanmışdı.


1 iyun

 

Çempionlar Liqası, final

23:00. "Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 0:2 
Qollar:
 M. Salah, 2-penalti, Oriqi, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. "Vanda Metropolitano" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right