Lukas Moura qollarını izləyib, ağladı

"Tottenhem"lə Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la cavab oyununda vurduğu 3 qolla qələbə qazandıran Lukas Moura görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi sualları cavablandırmazdan öncə vurduğu qolları telefon vasitəsi ilə izləyib və bu zaman göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, "Tottenhem" ilk oyunda 0:1 hesabı ilə yenildiyi "Ayaks"la oyunun birinci hissəsində iki qol buraxıb. Lukas Moura ikinci yarıda 3 qol vuraraq komandasını finala çıxarıb.

 
 
 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right