Denni Rouzdan etiraf: "Liverpul"un oyununu izləmişdik"

Çempionlar Liqasında "Ayaks"ı səfərdə 3:2 hesabı ilə məğlub edərək finala yüksələn "Tottenhem"in müdafiəçisi Denni Rouz açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu qələbəni şərh edib: "Liverpul"un "Barselona"ya qarşı oyununu izlədik. Son fitə qədər hər şeyin yaxşı olacağını gördük. İlk oyun üzücü oldu, amma Amsterdamda inanılmazı reallaşdırdıq. Baş məşqçimiz Maurisio Poçettino bizə "Liverpul" - "Barselona" oyunundan bəhs etdi. Əlbəttə, tək bu amilə görə qalib gəlmədik. Sona qədər mübarizə aparmalı olduğumuzu bilirdik".

"Liverpul" - "Tottenhem" finalı iyunun 1-i Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right