Deyli Blind: "On saniyə dözə bilmədik"

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Tottenhem"ə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Ayaks"ın müdafiəçisi Deyli Blind fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu on saniyə dözə bilmədiklərini deyib: "Nə deyə bilərəm ki? Çox qorxulu anlar oldu. On saniyə dözə bilmədik. Xəyallarımız darmadağın oldu".

Hollandiya millisinin üzvü Eredviziyada çempion olmağa köklənəcəklərini deyib: "İndi liqaya fikir verməliyik. Bu mövsüm möhtəşəm mübarizə apardıq. Çox qürurluyuq. Dünya bizdən zövq aldı"

"Ayaks" Erediviziyanın son iki turunda qalib gəlsə, çempion olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah