Çempionlar Liqasında ikinci finalçı müəyyənləşdi Yenilənib

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxıblar. 

Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfində idi. Cavab matçında da Amsterdam təmsilçisi fasiləyə qədər üstün olub - 2:0. Lakin ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb. "Real", "Yuventus" kimi klubları mübarizədən kənarlaşdıran "Ayaks" matçın son saniyələrində buraxdığı qolla finaldan məhrum olub. Həlledici oyuna vəsiqəni "Tottenhem" əldə edib. 

Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul"la üz-üzə gələcək. İngilis finalı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.


8 may

Çempionlar Liqası

 

Yarımfinalın cavab oyunu

"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: 
De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0


 

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right