"Mançester Yunayted"lə "Portu" 1/4 finalda Yenilənib

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, PSJ doğma meydanda ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi "Mançester Yunayted"i qəbul edib. Qonaqlar sözügedən matçda 3:1 hesabı ilə qalib gəlib. Ümumi hesab 3:3 olsa da, səfərdə vurulan qolla "Mançester Yunayted" 1/4 finala yüksəlib.

Digər qarşılaşmada isə "Roma" səfərdə ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Portu"nun qonağı olub. Oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Əlavə vaxta "Portu" daha bir qol vurub və 1/4 finala yüksəlib. 

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

7 mart

00:00. "Portu" - "Roma" - 3:1
Qollar: 
Tiqunyo, 26 (1:0), De Rossi, 37-pen (1:1), Mareqa, 53 (2:1), A. Telleş, 90+4-pen. (3:1)
İlk oyun - 1:2

00:00. PSJ - "Mançester Yunayted" - 1:3
Qollar: Lukaku, 2 (0:1), Bernat, 12 (1:1), Lukaku, 30  (1:2), M. Reşford, 90+4 (1:3)
İlk oyun - 2:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right