"Real" Çempionlar Liqası ilə vidalaşdı, "Tottenhem" 1/4 finalda Yenilənib

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, keçiriləcək iki oyundan sonra 1/4 finala yüksələn ilk iki komanda müəyyənləşib.

"Real" səfərdə 2:1 hesabı ilə məğlub etdiyi "Ayaks"ı doğma meydanda qəbul edib. Çempionlar Liqasının son üç qalibi mübarizəni gözlənilmədən dayandırıb. Amsterdam təmsilçisi meydan sahiblərinə 4:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

"Borussiya” isə evdə ilk oyunda 0:3 hesabı ilə uduzduğu “Tottenhem”lə qarşılaşıb. Dortmund klubu bu görüşdə 0:1 hesabı ilə uduzub. Hər iki qarşılaşmada qalib gələn London klubu 1/4 finala adlayıb.

Çempionlar Liqası, 1/8 final

6 mart

00:00. “Real" – “Ayaks" - 1:4
Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 70 (1:3), L. Şöne, 72 (1:4)
Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:1

 

00:00. “Borussiya” (Dortmund) – “Tottenhem” - 0:1
Qol: H. Keyn, 49
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right