Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.
Turnirin son qalibi "Real" 1/8 finala səfər matçı ilə start verib. "Kral klubu" Amsterdamda "Ayaks"ın qonağı olub. Görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gecənin ikinci oyununda isə "Tottenhem" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib. London təmsilçisi qonaqların qapsından 3 cavabsız top kçirib.
Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.
Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
13 fevral
00:00. "Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 1:2
Qollar: Kərim Benzema, 60 (0:1), Hakim Zieş, 75 (1:1), Marko Asensio, 87 (1:2)
37-ci dəqiqədə VAR sisteminə müraciətdən sonra Nikolas Talyafikonun ("Ayaks") qolu ləğv olunub
00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 3:0
Qollar: Son Hen-min,47, Vertongen 83, Llorente, 86