"Qəbələ" "Herta"ya uduzub, Gənclər Liqası ilə vidalaşdı Yenilənib

"Qəbələ"nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun II mərhələsində cavab oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz səfərdə "Herta" ilə üz-üzə gəlib. Evdəki görüşdə rəqibinə 1:3 hesabı ilə uduzan "qırmızı-qaralar"ı Almaniyada çətin sınaq gözləyirdi. Komandamız turu keçmək üçün güclü rəqibinə ən azı 3 top fərqi ilə qalib gəlməli idi. Ancaq cavab matçında da Berlin klubuna uduzan "Qəbələ" Gənclər Liqasında mübarizəni dayandırıb.


UEFA Gənclər Liqası, Çempionlar yolu

II mərhələ, cavab oyunu

28 noyabr


16:00. “Herta” (Almaniya) - “Qəbələ” (Azərbaycan) - 1:0
Qol:
 Məhəmməd Kiprit,24
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)
Berlin. “Vurfplats” stadionu
İlk oyun – 3:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right