"Futbolçular qələbə üçün lazım olan hər şeyi etdilər" - Emin İmaməliyev

“Oyunun çətin keçəcəyini bilirdik. İlk qarşılaşma “Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz ilk görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi analiz edib, güclü və zəif tərəflərin müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları, qələbə üçün lazım olan hər şeyi etdilər".

Newsport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində “Şerif”ə 3:1 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib. Gənc mütəxəssis rəqibi səhv etməyə məcbur etdiklərini deyib: "Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu. Cavab oyununda rəqib daha çox arxada oynadığından onları təzyiq altında saxlayıb, səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmədə topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu".

İmaməliyev “Şerif” yaxşı komanda olduğunu söyləyib: " Həm müdafiə, həm hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik. “Herta” – “Lex” oyununa gəlincə, hər iki komanda yaxşı rəqibdir. Futbolda zəif rəqib yoxdur. Yaxşı hazırlaşıb, onlarla bərabər səviyyədə oynamaq olar".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right