"Qəbələ" "Şerif" səfərində Yenilənir

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Moldovada “Şerif”in müvafiq yaş qrupu ilə qarşılaşacaq. Qəbələdəki oyunda 1:1 hesablı bərabərliyə razılaşan təmsilçimiz turu keçmək üçün ya qələbə qazanmalı, ya da məhsuldar  heç-heçə etməlidir. Tiraspolda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, turu keçən komanda növbəti mərhələdə “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan)
Hakimlər:
 Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. “Şerif” stadionunun kiçik arenası
İlk oyun – 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right