"Şerif" - "Qəbələ": hakimlər müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində "Qəbələ" və "Şerif"in U-19 komandaları arasında keçiriləcək cavab matçına təyinatlar açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, görüşü kiprli hakimlər briqadası idarə edəcəklər. Oyunun baş hakimi Kristofi Timofeos, yan xətt hakimləri isə Savva Giorqos və Andreas Mixalidis olacaq. Dördüncü referi funksiyasını moldovalı İon Orlik yerinə yetirəcək.

Hakimlərin işinə Vladimir Antonov qiymət verəcək. UEFA nümayəndəsi isə türkiyəli Ayşe İdil Cem  olacaq.

Qeyd edək ki, oktyabrın 24-də Tiraspolda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Bu komandalar arasında Qəbələdə oynanılan matçda qalib müəyyənləşməmişdi - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right