"İkinci hissədəki oyunumuzu yalnız bununla əlaqələndirə bilərəm" - "Şerif"in baş məşqçisi

“Möhtəşəm oyun alındı. Hər iki komanda yaxşı futbol sərgilədi”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Şerif”in 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Luka Pavloviç deyib. 

Moldova təmsilçisi UEFA Gənclər Liqasının 2018/19 mövsümündə ilk oyununu “Qəbələ”yə qarşı keçirib.  Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma bərabərliklə başa çatıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən 55 yaşlı çalışdırıcı fikirlərini bildirib: “Qəbələ” haqqında əvvəlcədən məlumatım var idi, rəqibin gücünə bələd idim. Futbolçularımdan razıyam”.

- İkinci hissədə komandanız çox zəif futbol sərgilədi. Bunun səbəbi nə idi?

- İkinci hissənin əvvəlində “Qəbələ” qol vurdu və motivasiyamız bir qədər aşağı endi. Bundan başqa, 3 gün əvvəl Moldova çempionatında çox çətin oyunumuz olmuşdu. İkinci hissədəki oyunumuzu yalnız bununla əlaqələndirə bilərəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right