"Şerif" Qəbələyə 18 futbolçu ilə gəldi

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyununda sabah "Qəbələ"nin U-19 komandasının qonağı olacaq "Şerif"in müvafiq yaş qrupundan ibarət kollektivi artıq Azərbaycandadır.

Newsport.az xəbər verir ki, Moldova təmsilçisi Qəbələyə 18 futbolçu ilə gəlib. Yerli otellərdən birində məskunlaşan komandanın bu gün axşam saatlarında məşqə çıxacağı bildirilib.

Qeyd edək ki, "Qəbələ" - "Şerif" oyunu saat 18:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Tiraspolda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right