Luiş Nani "Qarabağ"a qarşı oynayacaq?

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun ulduz futbolçusu Luiş Nani zədəsini sağaldıb.  

Newsport.az saytının məlumatına görə, bir müddətdir zədəli olan Portuqaliya millisinin üzvü kollektivlə məşqlərə başlayıb.  31 yaşlı futbolçu "Qarabağ"la görüşdə komandasına kömək edə biləcək. 

Lissabon təmsilçisinin digər aparıcı üzvü Bas Dostun "Qarabağ"la görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.  29 yaşlı hollandiyalı hücumçu müalicəsini davam etdirir. Onun "Qarabağ"la qarşılaşmanı buraxacağı ehtimal edilsə də, hər şeyə oyuna saatlar qalmış aydınlıq gələcək. 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də baş tutacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right