ÇL-də pley-off mərhələsinə yekun vurulur YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, keçiriləcək 3 oyunla qitənin 1 nömrəli klub turnirində qrup mərhələsində mübarizə aparacaq bütün klubların adları məlum olacaq. 

Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran BATE səfərdə PSV-nin qonağı olacaq. Öz meydanında 2:3 hesabı ilə uduzan Belarus çempionu çətin ki səfərdə sensasiyaya imza atsın.

PAOK öz meydanında “Benfika” ilə qarşılaşacaq. İlk görüşdə 1:1 hesabı qeydə alındığından Saloniki təmsilçisini mərhələ adlamaq üçün qolsuz heç-heçə də qane edir. 

“Zalsburq” və “Srvena Zvezda” arasındakı ilk matçda da qalib aşkarlanmayıb. 


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları
 

 

29 avqust

23:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
İlk oyun 
- 1:1

23:00. PSV (Hollandiya) - BATE (Belarus)
İlk oyun -
 3:2

23:00. “Zalsburq” (Avstriya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun 
- 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right