Çempionlar Liqası: AEK, "Yanq Boyz", "Ayaks" qrup mərhələsində! YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

AEK öz meydanında “Videoton”u qəbul edib. İlk görüşdə səfərdə qələbə qazanan Yunanıstan klubu mərhələ adlamağa çox yaxın idi. Heç-heçə sayəsində AEK ÇL-in qrup mərhələsin yüksəlib.

Zaqreb “Dinamo”su doğma divarlar arasında “Yanq Boyz”la üz-üzə gəlib. İsveçrədə keçirilən ilk görüşdə tərəflər 1:1-lik bərabərliyə razılaşıblar. Qrup mərhələsinə yüksəlmək üçün “Dinamo”ya qolsuz heç-heçə də bəs edirdi. Xorvatlar matça qolla başlayıblar. Lakin 2-ci hissədə 2 qol vuean "Yanq Boyz" qalib glib.

Kiyev “Dinamo”su isə “Ayaks”la qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust 

AEK (Yunanıstan) - “Videoton” (Macarıstan) 1:1
Qollar:
 Mantalos, 48-pen (1:0), Nego, 57 (1:1)
İlk oyun - 2:1

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə) 1:2
Qollar: 
Hajroviç, 7 (1:0), Hoarau, 64-pen (1:1); 66 (1:2)
İlk oyun - 1:1

“Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya) 0:0
İlk oyun 
- 1:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right