Qriqorçuk və Almeyda da ÇL-lə vidalaşdı

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri davam edir. 

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu, “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” da qitənin ən mötəbər klub turniri ilə vidalaşıb. 

İlk oyunda öz meydanında Zaqreb “Dinamo”suna 0:2 hesabı ilə uduzan “Astana” səfərdə də rəqibinə məğlub olub. Görüş xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Meydana start heyətində çıxan Almeyda 78-ci dəqiqədə əvəzlənib. Digər sabiq “Qarabağ”lı Pedro Enrike isə 90 dəqiqə meydanda olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right