Aleksey Baqa: "Nəyə qadir olduğumuzu göstərdik"

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, oyundan sonra BATE-nin baş məşqçisi Aleksey Baqa fikirlərini bölüşüb:

"Qarabağ" güclü komandadır. Burada güclü legionerlər var. Təcrübəli baş məşqçinin rəhbərliyi altında futbolçular heç nədən qorxmurdular. Rəqib qalib gəlmək psixologiyası ilə matça çıxmışdı. Bu, hiss olunurdu. Xoşbəxtlikdən erkən qol vurduq. Bakıda da qol vurmağımız bizə üstünlük yaratdı. Ağır oyun oldu. Ümumiyyətlə, Çempionlar Liqasında asan rəqib olmur. Futbolçularımı təbrik edirəm. Onlar əsl qəhramandırlar. Onlarla fəxr edirəm Nəyə qadir olduğumuzu göstərdik.

- PSV ilə oyunlar barədə fikirləriniz necədir?
- Rəqib barədə araşdırmalara başlayacağıq. Təsadüfə baxın, biz bundan əvvəl PSV rəhbərliyilə danışaraq, onların komandasında və Filip Kokunun yanında təcrübə keçmişdik. Düzdür, Koku PSV-dən "Fənərbaxça"ya gedib. Heyətə yeni oyunçular gəliblər. Yeni baş məşqçi artıq tam başqa fəlsəfəyə keçib. Kim bilir? Rəqibi diqqətlə araşdıracağıq. Bu gün tez yatmaq fikrim yoxdur. PSV-ni artıq düşünürük. Bizim də qrup mərhələsi üçün iddiamız var. Fikrimcə, bunu reallaşdıra bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right