BATE-də ciddi itki: İlk matçın ən fəalı "Qarabağ"a qarşı oynamaya bilər

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ı qəbul edəcək Belarusun BATE klubu qarşılaşmaya ciddi itki ilə çıxa bilər.  

Newsport.az-ın məlumatına görə, baş məşqçi Aleksey Baqa aparıcı futbolçu Nikolay Siqneviçin xidmətindən məhrumdur.  26 yaşlı hücumçu zədə səbəbindən son məşq zamanı komanda ilə birgə çalışmayıb.  Onun "Qarabağ"a qarşı oynayıb-oynamayacğı matçın startına qədər müəyyənləşəcək.  

Siqneviç Bakıda baş tutan ilk oyunun ən fəallarından biri idi. Belarus millisinin üzvü bir neçə dəfə fərqlənməyə yaxın olmuşdu. 

Qeyd edək ki, BATE - "Qarabağ" matçı bu gün 21:00-da "Borisov Arena"da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right