"Qarabağ" "Borisov Arena"da məşq etməkdən imtina etdi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması üçün Minskdə olan "Qarabağ" komandası BATE ilə oyundan əvvəl qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da məşqə çıxmalı idi.

Newsport.az-ın məlumatına görə, komanda ənənəvi məşq prossesinə qatılmaqdan imtina edib. Buna səbəb, Qarabağın məskunlaşdığı otelin stadiondan 70 km-dən artıq məsafədə yerləşməsidir. Buna görə də, "Qarabağ" son məşqini Minskdə yerləşən "Olimpiya" stadionunda edib. 

Qeyd edək ki, "Qarabağ" - BATE görüşü bu gün Bakı vaxtı ilə 21:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right