Aleksey Baqa: "İlk oyundakı hesab bizim üçün psixoloji üstünlükdür"

"Ən çətin oyunlarımızdan birini keçirəcəyik. Qarşılaşmaya hazırıq. Üstünlüyümüz tam deyil".

Newsport.az-ın məlumatına görə, bu sözləri BATE-nin baş məşqçisi Aleksey Baqa ÇL-in III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə təşkil edilmiş mətbuat konfransında deyib. Baqa "Qarabağ"ı təhlükəli komanda adlandırıb: "İlk oyundakı hesab bizim üçün psixoloji üstünlükdür. Ancaq cütün taleyi sabah həllini tapacaq. Bizi çətin oyun gözləyir. Rəqibimiz təhlükəli komandadır. Qol buraxmadan oyunu tamamlamaq ideal nəticə olardı".

37 yaşlı mütəxəssis sabahkı oyunu məşqçilik karyerasının ən vacib oyunu kimi qələmə verməyib: "Bir həftə çox tez keçdi. Bu, belə deyil, məşqçilər korpusunda qərarlaşan mütəxəssislər və mən qrup mərhələlərində həyəcan yaşamış adamlarıq. Kifayət qədər təcrübə toplamışıq. Müqayisədən müqayisəyə fərq var. Oyunun gərginliyini, həyəcanını hiss edirik".

Çalışdırıcı "Qarabağ"ın heyətində dəyişikliklər olacağını düşünür: "Bütün 90 dəqiqəni pressinqlə oynaya bilmərik. Bəli, bunu edəcəyik, amma fərqli sistemlərdən də yararlanacağıq. Fikrimcə, "Qarabağ"ın heyətində bir neçə dəyişiklik olacaq. Bir neçə variantdan istifadə edə bilərlər. Hər an hazır olmalıyıq. Diqqətli olmaq gərəkdir. İlk dəqiqələrdən hücuma atılacaqlarını gözləmək olar. Rəqibimizə qol lazımdır. "Qarabağ" kifayət qədər ıla komandadır və heyətində yaxşı legionerləri var".

Belaruslu mütəxəssis transfer axtarışlarını davam etdirdiklərini bildirib: "Bu yöndə çalışırıq. Amma hazırda "Qarabağ"ı düşünürük. Yaxın günlərdə bu barədə sizə ətraflı məlumatlar verəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right