BATE-nin futbolçusu: "Qarabağ"ın azarkeşlərinin qarşısında tab gətirmək asan məsələ deyil"

"Ölkə mətbuatı "Qarabağ"ın rəqib zəif olduğu barədə xəbərlər dərc edir. Ancaq mən bununla razı deyiləm. Düşünürəm ki, "Qarabağ" güclü rəqibdir, komandanın heyətində güclü futbolçular var və məşqçinin işi kifayət qədər hiss olunur. Ona görə də "Qarabağ" bizim üçün çox təhlükəli rəqibdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Belarusun BATE klubunun futbolçusu Stanislav Draqun deyib.  

O, sabah Belarusda keçiriləcək cavab görüşü haqda danışıb.  Belarus millisinin 30 yaşlı üzvü arxayınlaşmadıqlarını, mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini bildirib: "Növbəti mərhələyə keçdiyimizi düşünmək absurddur.  Səfər oyununda qələbə qazansaq da, hələ heç nə başa çatmayıb. Bizim qarşıda finala bərabər 90 dəqiqəmiz var. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".  

Draqun Bakıda baş tutan ilk qarşılaşmanın birinci yarısında daha yaxşı, ikinci hissəsində isə zəif oyun göstərmələrinə münasibət bildirib: "Qarabağ"ın azarkeşləri qarşısında tab gətirmək asan məsələ deyil.  Ona görə də belə bir oyun taktikası seçmişdik. Bu, məcburiyyətdənm irəli gəlirdi".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right