BATE - "Qarabağ" oyununa böyük maraq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, `3 min 126 nəfərlik azarkeş tutumuna sahib “Borisov Arena”da keçiriləcək qarşılaşmaya bilet satışı davam edir.

BATE - “Qarabağ” matçına ən baha bilet 15 Belarus rublu (12,36 azn) təşkil edir. Ən ucuz bilet isə 6 rubldur.

Oyuna böyük maraq olduğu qeyd edilir.

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right