"Penaltilər seriyasına hazıram" - Hannes Halldorsson

"Penaltilər seriyası lotereya kimidir. Həmin anda rəqibin fikirlərini oxumaq lazımdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorson Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə cavab qarşılaşmasından öncə deyib. Belarus mətbuatına danışan 34 yaşlı qapıçı DÇ-2018-də İslandiyanın heyətində Argentina ilə matçda Lionel Messinin penaltisini dəf etməsindən də danışıb: "DÇ-2018-də Argentina ilə oyunda Messinin penaltisini dəf etmişdim. Həmin an karyeramın ən parlaq dönəmlərindən biridir. O epizodu hazırda düşünmürəm, amma olduğum yerlərdə insanlar bunu mənə xatırladırlar. Penalti zamanı təzyiq hiss etmirəm. BATE ilə oyun 11 metrlik cərimə zərbələrinə getsə, buna hazıram".

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.

Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right