"Qarabağ" Belarusa yollandı

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə ilk oyununu keçirəcəyi Belarusa yollanıb. 

Newsport.az-ın məlumatına görə, Ağdam klubu dünən adıçəkilən ölkəyə çatıb.

"Qarabağ" yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla saat 19:00) BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Baş məşqçi Qurban Qurbanov isə yerli vaxtla saat 17:45-də (Bakı vaxtıyla 18:45) media mənsublarının suallarını cavablandıracaq.

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.

Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right