BATE "Qarabağ"la cavab oyunu üçün hazırlıq planını açıqladı

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan BATE Belarusa qayıdıb.

Newsport.az-ın məlumatına görə, rəqib komanda Tofiq Bəhramov adına Respublika stadionundakı matçdan sonra operativ şəkildə yığışaraq Bakı hava limanına tələsib.

Orada Borisov təmsilçisinin üzvlərini "Belavia" hava şirkətinə məxsus CRJ-100 təyyarəsi gözləyirdi. Təyyarə Bakı vaxtilə 01:15-də havaya qalxıb. Üç saatdan artıq uçuşu uğurla həyata keçirən BATE "Minsk" milli hava limanına enib.

Belarusun 14 qat çempionu dərhal istirahətə buraxılıb. Bir günlük istirahətdən sonra sabahdan təmsilçimizlə cavab matçına hazırlıq başlayacaq.

Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqsutun 14-də Bakı vaxtilə saat 21:00-da "Borisov-Arena"da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right