5 il sonra..."Qarabağ"ın ilk məğlubiyyəti

Azərbaycan çempionu "Qarabağ" uzun müddətdən sonra avrokubokların təsnifat mərhələsində evdə məğlubiyyətlə üz-üzə qalıb.  

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun komandasının uzun müddətlik seriyası ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Belarusun BATE klubuna məğlubiyyətdən sonra qırılıb.  

Ağdam təmsilçisinin sonuncu belə məğlubiyyəti 2013-cü ildə qeydə alınıb.  "Atlılar" həmin ilin avqustun 22-də Avropa Liqasının IV təsnifat mərhələsinin ev oyununda Almaniyanın "Ayntraxt" klubuna məğlub olub - 0:2.  

Qeyd edək ki, "Qarabağ"ın BATE ilə cavab oyunu avqustun 14-də Belarusda, "Borisov Arena"da baş tutacaq. Təmsilmizi mərhələ adlamaq üçün qapısını toxunulmaz saxlamaq şərtiylə ən azı iki qol vurmalı, oyunu əlavə vaxta aparmaq üçün 1:0 hesabı ilə qalib gəlməlidir.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right