"Qarabağ" cavab matçına fərqli çıxacaq" BATE-nin futbolçusu

"Çox çətin oyun oldu. İlk hissədə rəqibdən daha yaxşı oynadıq. Topa daha çox nəzarət etdik və "Qarabağ"ın oyunu alınmadı".

Newsport.az-ın məlumatına görə, bu sözləri Belarusun BATE klubunun futbolçusu Eqor Filipenko Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a minimal hesabla (0:1) qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

30 yaşlı müdafiəçi hesabın daha böyük ola biləcəyini lakin epizodlardan yararlana bilmədiklərini sözlərinə əlavə edib: "Əks-hücumlar əldə etsək də, hesabı artıra bilmədik. Bu, artıq bizim üçün problemimizdir. Bunun səbəblərini də gözəl anlayırıq. Fikrimcə, psixoloji problemə görə, hesabı artıra bilmədik. Səfər amilini qeyd etmək lazımdır. İstəyimizə nail olduq".

Filipenko "Qarabağ"ın ilk hissəyə nisbətən, ikinci hissədə yaxşı oyun sərgilədiyini vurğulayıb: "İkinci hissədə "Qarabağ" məcbur olub hücumlara atıldı. Xoşbəxtlikdən qapıçımız ideal oynadı. Denis Şerbitskini bu gedişlə "Milan" alacaq (gülür). Xarici skautlar futbolçularımıza nəzarət edir".

Belaruslu futbolçu cavab oyunu haqda danışıb, "Qarabağ"ın şanslarının olduğunu gizlətməyib: "Əlbəttə, "Qarabağ"ın şansları davam edir. Hələ heç nə bəlli deyil və şanslar bərabərdir. Rəqib cavab matçına fərqli çıxacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right