"Fənərbaxça" "Benfika"ya məğlub oldu, "Ayaks" üstünlüyü əldən verdi Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, mərhələnin ilk oyununda Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Astana” doğma meydanda Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

Azərbaycan çempionu “Qarabağ”ın evdə BATE ilə qarşılaşdığı gündə bütövlükdə 7 qarşılaşma baş tutub. Ağdam klubu kimi, qardaş ölkə Türkiyəni bu turnirdə təmsil edən “Fənərbaxça” da “Benfika” ilə oyunda minimal hesabla məğlub olub.

 

7 avqust


Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları


"Astana” (Qazaxıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar:
 Budimir, 39, Olmo, 84

"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) 0:1

Qol: Draqun, 36

"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) 1:1
Qollar:
 Kristiansen, 62 (1:0), Neqo, 71 (1:1)

"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:1
Qollar
: Verbiç, 82 (0:1), Huşbauer, 90+5 (1:1)

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) 2:2
Qollar:
 Huntelaar, 19 (0:1), Tadiç, 34 (0:2), Carcela-Qonzalez, 67 (1:2), Emond, 90+4-pen (2:2)

“Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) 1:1
Qollar:
 Ben, 23-pen (1:0), Qrendel, 25 (1:1)

"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) 1:0
Qol: 
Cervi, 69





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right