"Qarabağ" - BATE matçına nə qədər bilet satılıb?

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” - BATE (Belarus) oyununa bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətindən 
Newsport.az-a bildirilib ki, bu gün axşama olan məlumata əsasən, artıq matça satışa çıxarılan biletlərdən 23 mini satılıb. Oyunun başlama saatına qədər bütün biletləriin satılacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” - BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da start götürəcək. 

Oyuna biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right