"Hər şey özümüzdən asılıdır" BATE-nin futbolçusu

"Bakıya sərfəli nəticə qazanmağa gəlmişik. Fikrimcə cütün şansları bərabərdir".

Newsport.az saytının məlumatına görə, bu sözləri BATE-nin ulduz futbolçusu Aleksandr Qleb deyib. 37 yaşlı futbolçu ÇL-in III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər görüşündən danışıb. Belaruslufutbolçu "Qarabağ"ı yaxşı komanda adlandırıb: "Qarabağ" yaxşı oynamağı bacaran komandadır. Bizim üçün asan olmayacaq. Lakin hər şey özümüzdən asılıdır. Stadionda azarkeşlərin çox olması isə yaxşı haldır. Biz artıq belə şeylərə öyrəşmiş futbolçularıq".

Qeyd edək ki, "Qarabağ" - BATE oyunu 21:00-da başlayacaq. (azerisport)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right