"Bizim üçün rəqibin kimliyi vacib deyil" PSV rəsmisi

"Bizim üçün rəqibin kimliyi vacib deyil. İstənilən halda, PSV-ni çətin oyunlar gözləyir".

Newsport.az-ın məlumatına görə, bu sözləri PSV-nin idarə heyətində yer alan Yoost van Erp deyib. Hollandiya təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - PSV cütünün qalibi ilə qarşılaşacaq. Van Erp Avropada onlar üçün asan olmayacağını deyib: "İndiki məqamda heç bir Hollandiya klubu Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı".

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 21 və ya 22-də (Azərbaycan və ya Belarusda), cavab matçı isə 1 həftə sonra Hollandiyada keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right