"Qarabağ" BATE ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim etdi

"Qarabağ" Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusun BATE klubuyla oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, təmsilçimizin heyətində II təsnifat mərhələsində olduğu kimi 25 futbolçu yer alıb

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 28. Con Delarj, 77. Donald Gerye, 91. Coşqun Diniyev

Hücumçular: 7. İnnosent Emeqara, 11. Mahir Mədətov

Qeyd edək ki, BATE "Qarabağ"la matçlar üçün 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi və 6-sı hücumçu olmaqla 26 futbolçu sifariş edib. Komandalar arasında ilk matç avqustun 7-də Bakıda, cavab qarşılaşması 14-də Borisovda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right