"Arsenal" və "Barselona"nın sabiq futbolçusu Bakıya gəlir - "Qarabağ"ın rəqibini yaxından tanıyaq

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi Belarusun BATE klubu olacaq.

Newsport.az-ın məlumatına görə, Borisov təmsilçisi 1973-cü ildə yaradılıb. Komanda ev oyunlarını 2014-cü ildə istifadəyə verilən 13 min 126 nəfər azarkeş tutumuna sahib olan "Borisov Arena"da keçirir. Klubun prezidenti Anotoli Kpaski, baş məşqçisi isə Aleksey Baqadır. 37 yaşlı mütəxəssis bu ildən komandanın "sükanı arxası"na keçib. Gənc çalışdırıcı 2011-ci ildən köməkçi-məşqçi funksiyasını yerinə yetirib. BATE ev oyunlarını göy, səfər görüşlərini isə sarı rəngli formalarda keçirir.

BATE 14 qat Belarus çempionudur. "Sarı-göylər" 2006-cı ildən bəri Belarus Premyer Liqasının qalibi olur. BATE-nin digər çempionluğu 1999-cu və 2002-ci illərə təsadüf edir. 1999-cu ildə isə BATE avrokuboklarda debüt edir. Həmin mövsüm Borisov təmsilçisi UEFA kubokunun ilk təsnifat mərhələsində Rusiyanın Lokomotiv klubuna məğlub olaraq (1:7, 0:5), mübarizəni dayandırmışdı.

BATE 2008/09-cu il mövsümündə ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Belarus komandası olub. Borisovlular 2009/10, 2010/11, 2017/18-ci illər mövsümündə Avropa Liqasının qrupunda çıxış etməyə nail olmuşdular. BATE 2011/12, 2012/13, 2014/15 və 2015/16-ci illər mövsümündə ÇL-in qrup mərhələsinə qatılıb.

BATE Çempionlar Liqasında 91 oyun keçirib və bu qarşılaşmaların 33-də qalib gəlib, 26-da heç-heçə edib və 32 dəfə meydanı məğlub tərk edib. Top fərqi isə 102-127-dir (-25). Komanda Avropa Liqasında 47 oyun (16 qələbə, 9 heç-heçə, 22 məğlubiyyət, top fərqi: 60-77) keçirib. Belarus klubu İntertoto kubokunda 6 oyun keçirib (4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət).

BATE bu mövsüm ÇL-də iki oyun keçirib. Komanda Finlandiyanın HİK klubu ilə evdə 0:0 hesablı heç-heçə edib və səfərdə 2:1 hesabı ilə qələbə qazanaraq, III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

BATE-nn heyətində ən təcrübəli sima olan Aleksandr Qleb də var. 37 yaşlı yarımmüdafiəçi Borisov təmsilçisinin 1999-cu ildə avrokuboklarda debüt etdiyi mövsümdə də komandada idi. İllərin təcrübəsi HİK-lə keçirilən ilk oyunda meydana sonradan daxil olmuşdusa, cavab görüşünü ehtiyat oyunçular skamyasından izləmişdi. Qleb "Ştutqart", "Arsenal", "Barselona", "Birmingem", "Volfsburq", "Konyaspor" və "Gənclərbirliyi" kimi komandalarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right