"Qarabağ"ın BATE ilə hər iki oyunu canlı yayımlanacaq

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun BATE klubuna qarşı keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu "CBC Sport"la canlı yayımlanacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq  "Qarabağ" - BATE matçı avqustun 7-i saat 21:00-da başlayacaq. 1 həftə sonra  “Borisov Arena”da keçiriləcək cavab qarşılaşması da Bakı vaxtı ilə 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right