"Kukesi"nin prezidenti: "Hakim "Qarabağ"ın 12-ci oyunçusu idi"

"Hakim idarəçiliyi bərbad və faciəvi idi. Baş hakim Peter Kralviç "Qarabağ"ın 12-ci oyunçusu kimi çıxış etdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"a 0:3 hesabı ilə uduzan "Kukesi"nin prezidenti Safet Qyiçi deyib. Albaniya təmsilçisinin başqanı öz futbolçularını da tənqid edib: "Oyunun nəticəsi məni məyus etdi. Şkodaradakı oyunda da zəif çıxış etmişdik. Amma bu dəfə çox qorxaq oynadıq. Çətin olacağını bilirdik, amma belə oyun gözləmirdik. Qollar öz səhvimizdən vuruldu. İlk qol oyunun qırılma nöqtəsi oldu. Biz özümü itirdik, "Qarabağ" isə hücumlar etdi".

Qeyd edək ki, "Kukesi" mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right