"Qarabağ"ın qazancı milyonu keçdi

Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu turnirə qatılmaqla 280 min avro qazanmışdı. SLoveniyanın "Olimpiya" klubunu mübarizədən kənarlaşdıran 380 min avroya yiyələnmişdi. Ötən gün Albaniya "Kukesi"ni məğlub edərək, III mərhələyə yüksələn təmsilçimizin UEFA-dan bu mövsüm ümumi qazancı 1,14 milyon avro olub.

Qeyd edək ki, ÇL-in qrupuna vəsiqə qazanan klub 12 milyon avro mükafat alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right